REGİONLAR


Şirvanda quldurluq edən şəxs tutuldu VİDEO

Şirvanda quldurluq edən şəxs tutuldu VİDEO

Şirvan, 3 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində bir vətəndaşa qarşı quldurluq edən Rəfayıl Nuriyev saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, R.Nuriyev şəhər ərazisində yerləşən şadlıq saraylarının birinin qarşısında bir nəfər şəhər sakinindən pul istəyib. Lakin sonuncu isə ona pul verməkdən imtina edib. Bu zaman isə R.Nuriyev ona xəsarət yetirərək zərərçəkənin 150 manat pulunu quldurluq yolu ilə ələ keçirib və hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.