REGİONLAR


Şirvanda telefon mağazalarından oğurluq edən iki nəfər saxlanılıb VİDEO

Şirvanda telefon mağazalarından oğurluq edən iki nəfər saxlanılıb VİDEO

Şirvan, 13 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iki gün əvvəl şəhər ərazisində yerləşən mobil telefon satışı mağazalarının birindən 11 ədəd mobil telefon, 2 ədəd smart saat, 1 ədəd planşet, eləcə də müxtəlif sayda telefon aksesuarları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Elbrus Zeynalov və Altay Xeyirxəbərov saxlanılıblar.

Dazili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər.

Saxlanılan şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onların digər bir cinayətlərinin üstü də açılıb. Araşdırmalar zamanı məlum olub ki, E.Zeynalov və A.Xeyirxəbərov sentyabr ayının əvvəlində də Şirvan şəhəri ərazisində analoji oğurluq hadisəsini törədərək, mağazaların birindən 15 ədəd mobil telefon və 1 ədəd planşet oğurlamaqla zərərçəkmişə 5030 manat maddi ziyan vurublar. Həmin şəxslər hər iki oğurluq hadisəsi zamanı əldə etdikləri qənimətləri isə dəyərindən ucuz qiymətə sataraq əldə etdikləri pulları öz aralarında bölüblər.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Polis əməkdaşları həmin şəxslərin respublikanın digər bölgələrində də analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in "102" xidmətinə, həmçinin Şirvan ŞPŞ-nə müraciət etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.