REGİONLAR


Şirvanda yaşlı qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb VİDEO

Şirvan, 9 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Sentyabrın 6-da Şirvan şəhər sakini olan bir qadın "102" xidmətinə, daha sonra isə Şirvan Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək, şəhər ərazisində yerləşən bankomatların birindən pul çəkmək istəyən zaman tanımadığı bir şəxsdən kömək istədiyini, lakin sonuncunun kartdan pul çəkdikdən sonra həmin ərazidən uzaqlaşdığını və ona məxsus 200 manat pulu soyğunçuluq yolu ilə ələ keçirdiyini bildirib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, daxil olan müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Salman Məmmədov Bakı şəhəri ərazisində saxlanılaraq Şirvan ŞPŞ-nə gətirilib. Dindirilmə zamanı həmin şəxs törətdiyi əməli etiraf edib.

Faktla bağlı S.Məmmədov barəsində Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları S.Məmmədovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in "102" xidmətinə, həmçinin Şirvan ŞPŞ-nə müraciət etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.