REGİONLAR


Şirvanda yerləşən “N” saylı hərbi hissədə Silahlı Qüvvələr Günü qeyd edilib

Şirvan, 25 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Şirvanda yerləşən “N” saylı hərbi hissəsində 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsinin komandiri, mayor Bəhruz Abışov çıxış edərək Silahlı Qüvvələr Günü münasibətilə şəxsi heyəti təbrik edib, dövlətimizin müstəqilliyinin və ərazi bütövlüyünün daimi olmasını arzulayıb.

Şirvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Adəm Hüseynov çıxış edərək ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda ölkəni dərin iqtisadi, siyasi böhrandan, acınacaqlı vəziyyətdən xilas etmək üçün ikinci dəfə siyasi hakimiyyətə qayıdışından bəhs edib. Ölkədə sabitlik bərqərar edildikdən sonra bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də inkişafa nail olunduğundan danışıb. Ulu Öndərin misilsiz xidmətləri və gərgin əməyi nəticəsində qısa zaman kəsiyində vahid komandanlıq prinsipi ilə idarə edilən nizami ordu yaradıldığını diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə zəngin maddi-texniki bazaya və yüksək döyüş qabiliyyətinə malik ordu formalaşdığını vurğulayıb. Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun 30 ilə yaxın müddət ərzində düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etməsindən, əsgər və zabitlərimizin nümayiş etdirdikləri igidlik nümunələrindəndən danışıb.

Daha sonra şəhər 9 nömrəli tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda bədii kompozisiya ilə çıxış ediblər. Şirvan şəhər Mədəniyyət Mərkəzinin musiqiçilərindən ibarət kollektivin ifasında Vətənə, orduya, Qələbəyə həsr olunmuş mahnılar tədbir iştirakçıları tərəfindən çoğqu ilə alqışlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.