MƏDƏNİYYƏT


“Şirvanşahlar Saray Kompleksi” Dövlət Tarix-Memarlıq Muzeyi ilə Moldova muzeyi arasında memorandum imzalanıb

Bakı, 23 oktyabr, AZƏRTAC

“Şirvanşahlar Saray Kompleksi” Dövlət Tarix-Memarlıq Muzeyi ilə Moldovanın Milli İncəsənət Muzeyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandum "Şirvanşahlar Saray Kompleksi" Dövlət Tarix-Memarlıq Muzeyinin direktoru Rəna Rzayeva ilə Moldova İncəsənət Muzeyinin direktoru Tudor Zbarnea arasında imzalanıb.

Bakıda keçirilən “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində imzalanan sənəd elmi tədqiqat işi və mübadiləsi, birgə sərgi layihələrinin hazırlanması, muzeylərin fəaliyyəti haqqında informasiyanın və elmi-metodiki mübadilənin aparılması sahəsində tərəflərin əməkdaşlığını nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.