MƏDƏNİYYƏT


Şirvanşahlar Sarayı Kompleksinin 360 dərəcəli 3D virtual görüntüsü yaradılacaq

Bakı, 12 sentyabr, AZƏRTAC

İçərişəhər, Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20-ci ildönümü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən silsilə tədbir və layihələr davam etdirilir.

Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, Şirvanşahlar Sarayı Kompleksində “İçərişəhər” DTMQİ ilə Almaniyanın “EKM” Global Consulting GmbH” şirkəti arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumu idarənin aparat rəhbəri Read Qasımov və şirkətin rəhbəri Elşən Musayev imzalayıblar.

Layihə çərçivəsində XII-XV əsrlərə aid olan Şirvanşahlar Sarayı Kompleksinin 360 dərəcəli 3D virtual görüntüsü yaradılaraq ictimaiyyətə təqdim olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.