ELM VƏ TƏHSİL


Sistem inzibatçısı istiqaməti üzrə qısamüddətli təlimlərə müraciətlər qəbul olunur

Bakı, 18 oktyabr, AZƏRTAC

Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində sistem inzibatçısı istiqaməti üzrə təlimlər keçiriləcək.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, təlimdə iştirak üçün elektron ərizə qəbulu oktyabrın 24-dək davam edəcək. Təlimlərə peşə, orta ixtisas və ya ali təhsil almış şəxslər müraciət edə bilərlər. Seçim zamanı başlanğıc səviyyə ingilis dili biliklərinin, informasiya texnologiyaları üzrə təhsil və ya iş təcrübəsinin olmasına üstünlük veriləcək.

İştirakçılar “Windows” platformalı serverlərin, əməliyyat sistemlərinin qurulması, idarə olunması, proqram təminatlarının paylanması və yenilənməsi, serverlərin profillənməsi və monitorinqi, nasazlıqların aşkarlanması və aradan qaldırılması kimi sahələrdə biliklər əldə edəcəklər. İştirakçıların əldə etdikləri nəzəri bilikləri təlim zamanı tapşırıqlar vasitəsilə təcrübədə tətbiq etmək imkanları olacaq.

Nəzəri və praktiki hissələrdən ibarət olan təlimləri uğurla bitirən şəxslərə dövlət nümunəli sertifikat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.