İQTİSADİYYAT


Sistem yenilənməsi ilə əlaqədar olaraq bazar günü “Azərpoçt” iş vaxtını qısaldır

Bakı, 15 yanvar, AZƏRTAC

“Azərpoçt” MMC vətəndaşların nəzərinə çatdırır ki, sistem yenilənməsi ilə əlaqədar olaraq yanvarın 16-da Bakı şəhərində yerləşən Mərkəzi Poçt Şöbəsi, 2 saylı poçt filialının 63, 124, 138, 144 saylı poçt şöbələri, 3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri, 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi, regionlarda yerləşən müştəri xidməti şöbələri saat 10:00-dan 16:00-a qədər vətəndaşlara xidmət göstərəcək.

MMC-dən AZƏRTAC-a bildirilib ki, adi günlərdə olduğu kimi, poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.