İDMAN


Sittard şəhərində Riksenin abidəsi ucaldılıb

Bakı, 13 yanvar, AZƏRTAC

Hollandiyanın Sittard şəhərində, yerli “Fortuna” idman klubunun stadionu yaxınlığında klubun keçmiş yarımmüdafiəçisi Fernando Riksenin heykəli qoyulub.

AZƏRTAC «Voetbal International» saytına istinadla xəbər verir ki, açılış mərasimində Riksenin özü, “Fortuna”nın digər sabiq oyunçuları Mark van Bommel və Kevin Hofland, habelə futbolçunun azarkeşləri və dostları iştirak ediblər.

Tunc heykəl azarkeş ianələri hesabına hazırlanıb. Bu işə sponsorlar da töhfə veriblər.

Qeyd edək ki, dörd il əvvəl Riksendə ağır xəstəlik – yan amiotrofik skleroz aşkar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.