İDMAN
“Sivasspor”un legioneri “Qarabağ” ilə oyunu buraxa bilər
Bakı, 13 noyabr, AZƏRTAC
Türkiyənin “Sivasspor” komandasının futbolçusu Maks Qradel Avropa Liqasının qrup mərhələsində dördüncü turun “Qarabağ” ilə oyununu buraxa bilər.
AZƏRTAC xəbər verir ki, 32 yaşlı vinger Kot d İvuar yığmasının heyətində Afrika Millətlər Kubokunun seçmə mərhələsində Madaqaskarı 2:1 hesabı ilə məğlub etdikləri görüşdə zədələnib.
Oyunun 85-ci dəqiqədə çiynindən zədə alan afrikalı oyunçu meydanı xərəkdə tərk edib. Qradelin durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, noyabrın 26-da keçiriləcək “Qarabağ”-“Sivasspor” görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:32]
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub
- 25.04.2024 [17:14]
Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb
- 25.04.2024 [17:01]
Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]