SİYASƏT


Siyasi ekspert: Ermənilərin ən böyük problemi öz uydurduqları yalanlara özlərinin inanmalarıdır

Bakı, 21 yanvar, AZƏRTAC

“Utanmasan, oynamağa nə var ki...” zərb-məsəlinin ermənilərə xitabən deyildiyinə heç vaxt şübhə etməmişəm. Çox güman ki, bu zərb-məsəli vaxtilə Qarabağda, yaxud İrəvanda, Zəngəzurda, Dərələyəzdə və digər Azərbaycan torpaqlarında məskunlaşdırılan, özlərinə məxsus heç nəyi olmayan, tarixsiz, soysuz-köksüz, mənşəyi bilinməyən, milli musiqimizin sədaları altında görmədikləri günləri yaşadıqlarına sevinib atılıb-düşən ermənilərin utanmazlığından utanan dədə-babalarımız deyiblər. Özgə havalarına oynamaqdan utanmayan bu tayfanın Azərbaycan torpaqları üzərində, elə özgələrinin qurduğu “dövlət”dən üstümüzə dil uzadan təmsilçiləri 44 günlük müharibə nəticəsində necə darmadağın olduqlarına klassik üslublarına, ənənələrinə uyğun ağlamaq yerinə, yenidən havalanıblar və deyəsən yeni “hava” istəyirlər.

Bu fikirləri AZƏRTAC-a siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

Ekspert deyib: “Xarici işlər naziri Ara Ayvazyanın Ermənistanın düçar olduğu bədbəxtliyin real nümunələrindən biri sayıla biləcək son sərsəmləməsi də sübuta yetirir ki, vaxtilə Şuşada, Cıdır düzündə Azərbaycan havasına atılıb-düşən Paşinyanın 44 gün ərzində aldığı və oynadığı “hava” onlara bəs etməyib. Azərbaycan torpaqlarından “iti qovan kimi qovulanlar”ın “baş diplomat” statuslu nümayəndəsi Ayvazyan “Şuşa ermənilərin mədəniyyət mərkəzidir” deməklə aya vızıldayır. Təsəvvür edə bilmirəm ki, dünyada göz önündə olan və hər kəsin bildiyi tarixi həqiqətləri bu qədər sərhədsiz həyasızlıqla təhrif edə biləcək ikinci bir oğru tayfa və onun Ara Ayvazyan kimi yalan üyüdən təmsilçiləri olsun. Ləyaqəti, şərəfi, azacıq da olsa özünə, mənşəyinə, kimliyinə hörməti olan bir kimsənin belə qırmızı iddialarla çıxış edə biləcəyini ağlıma sığışdıra bilmirəm.

Ermənistan ordusunun darmadağın olmasından sonra ermənilərin azacıq düşünməyi bacaran təmsilçiləri etiraf edirlər ki, bir toplum olaraq ən böyük problemləri reallıq hisslərini itirmələri, arzu və istəklərini gerçəklik kimi qəbul etmələridir. Amma təbii ki, ən vacib məqamı dilə gətirməyiblər. Ermənilərin ən böyük problemi öz uydurduqları yalanlara özlərinin inanmalarıdır. İndi təsəvvür edin, bu “Aya vızıldayanlar” 28 il işğal altında olan tarixi Azərbaycan şəhəri və tarixən azərbaycanlıların yaşadığı, Azərbaycanın mədəniyyət mərkəzi statusunu bəşəriyyətə bəxş etdiyi yüksək mədəniyyət nümunələri ilə qazanmış Şuşanın “ermənilərin mədəniyyət mərkəzi” olduğunu iddia edə bilirlərsə, görün yüz il və daha çox illər bundan öncəki hadisə və faktları necə təhrif edə, öz miskin yalan dəyirmanlarında hansı iyrənclikləri üyüdə bilərlər.

Maraqlıdır, əgər Ayvazyan klassik erməni yalanına özünü inandıra bilirsə, o zaman Ermənistan və ermənilər tərəfindən Şuşanın yerlə-yeksan edilməsinin, buradakı maddi və mədəni irsin dağıdılmasının izahını necə verəcək? Belə çıxır ki, ermənilər olmayan mədəniyyətlərinin “mərkəzi”nə də qənim kəsiliblər.

Prezident İlham Əliyevin yanvarın 14-də Şuşaya səfəri zamanı ürək ağrısı ilə dediklərinin hər kəlməsini olduğu kimi xatırlayıram. Sitat: “Onların ürəyində nə qədər düşmənçilik hissi olmalı idi ki, bax, bu vəhşiliyi törətsinlər... Erməni vandalları bizim bütün şəhərlərimizi yerlə-yeksan etdilər. İndi azad edilmiş torpaqlarda olarkən bunu öz gözümlə görürəm və bütün dünya görməlidir.

... “Ermənistan saxtakarlıq edərək bütün dünyaya Şuşa haqqında uydurmalar çatdırırdı ki, guya Şuşa onların qədim şəhəridir. Pənahəli xanın saldığı şəhər necə erməni şəhəri ola bilər?! Axı, bu, yaxın tarixin işidir, hadisələridir. Əgər onlar bu şəhəri öz şəhəri hesab edirdilərsə, nə üçün belə bərbad vəziyyətə qoydular, nə üçün bütün binaları dağıtdılar? Görün, nə gündədir bu şəhər?! Daş üstə daş qalmayıb 30 il ərzində, ancaq özləri üçün villalar tikdiriblər, özləri üçün şərait yaradıblar”.

... İndi Ermənistan adlı dövlətin yerləşdiyi tarixi Azərbaycan-türk torpaqlarından izlərimizi silən, İrəvan qalasını yerlə bir edən ermənilər Azərbaycanın mədəniyyət mərkəzini – Şuşanı da yer üzündən silməyə çalışırdılar. İşğal bir neçə il də davam etsəydi Şuşada daş üstə daş qalmayacaqdı. Tarixi və mədəni abidələrimizin daşları ilə özlərinə bədheybət, zövqsüz villalar, evlər tikəcəkdilər. Üstünə də mədəni mövcudluqlarının yeganə rəmzi çevirdikləri və inanc kimi deyil, başqalarına qarşı etdikləri naqisliklərə görə cəzasız qalmaları, himayə olunmaları üçün yararlandıqları, sirkə ilə “tarixi görkəm” verdikləri simvolları yapışdıracaqdılar. Vəssalam. Onların əlindən bundan başqa heç nə gəlmir. Çünki dağıtmaq, uçurtmaq, yerlə bir etmək, mənimsəmək, oğurlamaq üçün yaranıblar.

Şuşa isə nəinki Azərbaycanın, bütövlükdə türk və İslam dünyasının mədəniyyət paytaxtı olmağa layiqdir və olacaq da!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.