Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Siyasi ekspert: İrandakı rejim tədricən etnik təmizləmə siyasətini reallaşdırır

Siyasi ekspert: İrandakı rejim tədricən etnik təmizləmə siyasətini reallaşdırır

Bakı, 30 noyabr, AZƏRTAC

“İran” adlanan ölkənin teokratik rejiminin Güney Azərbaycan türklərinə münasibətdə həyata keçirdiyi siyasət bir çox komponentləri ilə ermənilərin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətini xatırladır.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Siyasi ekspert qeyd edib ki, güney azərbaycanlıların “İran” adlanan subyektin sərhədləri çərçivəsində öz tarixi vətənlərində yaşadıqlarını da nəzərə almaq lazımdır. Yəni, əgər ermənilər tarixi Azərbaycan torpaqlarında – indiki Ermənistan ərazisində yaşayan və bu torpaqların sahibi olan azərbaycanlıları doğma yurdlarından müxtəlif zamanlarda deportasiya etdikdən, zorla qovduqdan sonra Azərbaycan xalqına məxsus mədəniyyətin izlərini silməyə, Azərbaycan toponimlərini dəyişməyə başlamışdılarsa, molla rejimi bunu 35 milyon Azərbaycan türkünün gözü qarşısında edir.

“Ultramillətçi Tehran rejimi tarixi Azərbaycan torpaqlarını müxtəlif ostanlara bölməklə, Azərbaycan toponimlərini fars toponimləri ilə əvəz, yaxud təhrif etməklə, Azərbaycan xalqının milli mədəniyyətini, dilini, kimliyini assimilyasiyaya məruz qoymaqla, “İran” adlanan ölkənin titul xalqını fars azlığının içərisində əritməyə cəhd göstərir. Əgər təcavüzkar Ermənistan ordusu vaxtilə İranın da dəstəyi ilə Azərbaycan Respublikasının ərazisinin bir hissəsini qəsb etdikdən, azərbaycanlıları öz yurdundan didərgin saldıqdan sonra buradakı toponimləri dəyişməyə çalışmışdısa, xalqımıza məxsus mədəniyyət nümunələrini, tarixi abidələri məhv edərək özününküləşdirmişdisə, bu torpaqları ekoloji terrora məruz qoyaraq ağlasığmaz vandalizm aktları törətmişdisə, fars-molla rejimi bunu saxta, təhrif olunmuş, siyasiləşdirilmiş və etnik fars milli kimliyi ilə uzlaşdırılmış məzhəbçi ideologiyanın pərdəsi altında həyata keçirir, etnik təmizləmə siyasətini tədricən reallaşdırır”, - deyə siyasi ekspert qeyd edib.

E.Mirzəbəyli bildirib ki, İran rejimi Azərbaycan ərazilərinin sərvətini talayır, amma azərbaycanlıların rifahı üçün bir addım belə atmır. Bu ölkədə farsların və qeyri-farsların, o cümlədən azərbaycanlılar da daxil olmaqla, türk xalqlarının yaşadıqları bölgələrə nəzər salmaqla, rejimin siyasətinin mahiyyətini görmək mümkündür.

Repressiv molla hakimiyyətinin dünyanın nadir su hövzələrindən biri olan Urmiya gölünün məhv edilməsi istiqamətində həyata keçirdiyi siyasət, zəhərli maddələrin istehsalı ilə məşğul olan müəssisələrin, məqsədyönlü şəkildə azərbaycanlıların yaşadıqları ərazilərdə inşa və istismar edilməsi rəsmi Tehranın ekoloji terrorunun yalnız görünən hissəsidir. Rejimin bəşəriyyətin və yaxın qonşuların təhdid edilməsinə yönəlmiş nüvə proqramı çərçivəsində radioaktiv tullantıları məhz azərbaycanlıların yaşadıqları ərazilərdə xüsusi konteynerlərdə yerləşdirilməsi ilə bağlı yayılan məlumatlar da sübuta yetirir ki, rəsmi Tehranın hədəfi Azərbaycan türklərinin izini öz tarixi torpaqlarından silməkdir.

Onun sözlərinə görə, bu aspektdən, ermənilərlə “İran” adlanan ölkənin rejimini birləşdirən təkcə onların özlərinin tez-tez təkrarladıqları kimi “ortaq mədəniyyətə” sahib olmaları deyil, həm də Azərbaycana və azərbaycanlılara qarşı aşkar-gizli düşmən münasibətləridir. “Qeyd edim ki, 35 milyonluq Azərbaycan türklərinə öz ana dillərində təhsil almaq qadağan edildiyi halda, İran rejimi bir ovuc erməninin rahat yaşaması üçün əlindən gələni əsirgəmir. Hər il paytaxt Tehran da daxil olmaqla, İranın bir sıra şəhərlərində erməni məktəblərinin ənənəvi sərgisi keçirilir. Rəsmi məlumatlara görə, hazırda İranda təqribən 60-80 min erməni yaşayır. Buna baxmayaraq, təkcə Tehran şəhərində ermənilərin təsis etdiyi 53 məktəb fəaliyyət göstərir. Onlardan 20-də yalnız ermənilər və əsasən öz dillərində təhsil alırlar. Bundan başqa, paytaxt Tehranda ermənilər üçün nəzərdə tutulan çoxsaylı uşaq bağçaları da fəaliyyət göstərir”, - deyə E.Mirzəbəyli diqqətə çatdırıb.

Siyasi ekspert xatırladıb ki, İran Dövlət Mədəniyyət Şurasının 2010-cu ildə keçirdiyi sorğuya görə, ölkə əhalisinin 47,55 faizi özünü fars, 31,13 faizi türk (22,45 faiz Azərbaycan türkləri, 8,68 faiz digər türk əsillilər), 7,78 faizi kürd, 7,25 faizi lor, 2,51 faizi bəluc, 2,40 faizi isə ərəbdilli hesab edir. Bu, İran Dövlət Mədəniyyət Şurasının keçirdiyi son sorğudur və sorğu da çox güman ki, məqsədyönlü şəkildə milli mənsubiyyət yox, ana dili amili üzərindən gerçəkləşdirilib. Çünki İranda yaşayan əhalinin əhəmiyyətli hissəsi gündəlik həyatda öz ana dilindən istifadə etmir, fars dilində təhsil alır və bu dildə danışır. Bu baxımdan, gerçək rəqəmlərlə Mədəniyyət Şurasının BMT-yə təqdim etdiyi göstəricilər arasındakı fərqin kifayət qədər böyük olduğunun əlavə sübuta ehtiyacı yoxdur.

E.Mirzəbəyli bildirib ki, müxtəlif hesabatlarda “İran İslam Respublikası” adlanan ölkədə təqribən 35-40 milyon türkün öz tarixi torpaqlarında yaşadığı bildirilir. Amma yenə də İran Dövlət Mədəniyyət Şurasının BMT-yə təqdim etdiyi statistik göstəricilərindən çıxış edərək, “bu ölkənin öz gözündə tiri görməyib, başqasının gözündə çox axtaran” başbilənlərinə, həmçinin sosial şəbəkələrdəki başyaran və saçyolanlarına sadə bir sual ünvanlamaq istəyirəm: “Necə olur ki, rəsmi statistikaya görə, İran əhalisinin, 31,13, - 7,78, - 7,25, - 2,51 və 2,40 faizini təşkil edən xalq və etnik qrupların öz ana dillərində məktəbləri yoxdur, amma sayı 0,001%-dən də az olan ermənilərin hər şeyi var – erməni dilində uşaq bağçaları və məktəblər, mədəniyyət mərkəzləri və sair.

Əlahəzrət fakt konkret göstərici və müqayisəli, əsaslandırılmış arqument tələb edir. Bu da molla rejiminin havaya üfürdüyü ideoloji nağıllar deyil ki, Həzrət Abbasa and içib canını qurtarasan. Yaxud hansısa ehkamın arxasında gizlənib həqiqəti dilə gətirənləri susdurasan.

“İran rejiminin ermənilərdən başqa digər xalqlara öz ana dillərində təhsil almaq hüququ vermək istəməməsinin qarşılığında dilə gətirməyə utanmadıqları arqument nədir? Deyirlər ki, bəs türklər, ərəblər və digərləri müsəlmandırlar, ermənilər isə yox. Müsəlmandırlar, o zaman qoy ərəb dilində təhsil alsınlar. Yaxud əgər sən özünü “İslam Respublikası” elan etmisənsə, o zaman, ilk növbədə, öz ümmətinin hüquqlarını tanı! Əks təqdirdə, belə təsəvvür yaranır ki, İran farsların və ermənilərin dövlətidir. İranın mövcud rejiminin təkcə dil üzərindən yürütdüyü siyasət belə düşünməyə əsas verir”, - deyə Elçin Mirzəbəyli fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Azərbaycan-Başqırdıstan biznes-forumunda əməkdaşlıq haqqında 2 sənəd imzalanıb

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb

Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb