Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Siyasi ekspert: Vətən müharibəsi tarixdə çox nadir rast gəlinən ədalətli müharibələrdən biridir

Siyasi ekspert: Vətən müharibəsi tarixdə çox nadir rast gəlinən ədalətli müharibələrdən biridir

Bakı, 29 sentyabr, AZƏRTAC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük müharibədə qazandığı Qələbə təkcə Vətən müharibəsi kimi bizim tarixə deyil, həmçinin “ədalətli müharibə” kimi dünya tarixinə, politologiyasına və hüquq elminə daxil olub. Müasir ədalətli müharibə nəzəriyyəsinin banisi Maykl Voltser müharibəni o halda ədalətli sayır ki, o, “jus in bellum” və “jus ad bellum” prinsiplərinə cavab vermiş olsun. “Jus ad bellum” dövlətin müharibə başlamazdan qabaq cavab verməli olduğu meyarları təcəssüm etdirir. Buraya “ədalətli vəzifə”, “qanuni hakimiyyət”, “xoş niyyətlər”, “müvafiqlik”, “qələbə əldə etmək üçün real şanslar” və “son vasitə” kimi meyarlar daxildir. “Jus in bellum” isə dövlətin müharibə zamanı davranışını müəyyən edən anlayış olub, “mütənasiblik” və “fərqlənmə” kimi iki prinsipi özündə birləşdirir.

Bəşər tarixində ədalətli müharibəyə nümunələr tapmaq olduqca çətindir. Bir kitabxana böyüklüyündə olan dünya müharibələri tarixindən yalnız bir dəftər həcmində ədalətli müharibə tələblərinə cavab verən nümunələr seçib, ayırmaq mümkündür. Fəxrlə demək olar ki, bizim Vətən müharibəmiz çox nadir olan belə ədalətli müharibələrdən biri oldu. Lakin heç bir tezisi onun lazımi əsaslandırması olmadan, hökm kimi ortaya qoymaq olmaz. İkinci Qarabağ müharibəsinin niyə ədalətli müharibə olmasını müəyyən etmək üçün yuxarıda adları çəkilən prinsiplərin Vətən müharibəsində özünü necə büruzə verməsini araşdırmaq lazımdır.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elşən Məcidov söyləyib.

E.Məcidov dövlətin müharibə başlamazdan qabaq cavab verməli olduğu kriteriyaları haqqında məlumat verərək deyib: “Ədalətli vəzifə. M.Voltserə görə ədalətli müharibə, ilk növbədə, ədalətli motivlərlə əsaslanmalı və mənəvi cəhətdən haqlı məqsəd naminə başlanmalıdır. Buna özünümüdafiə və ya müvafiq sazişlərə uyğun olaraq təcavüz qurbanına kömək nümunə ola bilər. Azərbaycanın İkinci Qarabağ müharibəsində iştirakı birbaşa və dolayısı ilə özünümüdafiə vəzifəsinə söykənirdi. Rəsmi olaraq Azərbaycanın hərbi əməliyyatlara başlaması Ermənistanın iyul və avqust aylarında hərbi təxribatlarının ardınca sentyabrda hərbi və mülki obyektlərimizə hücum etməsi ilə şərtlənib. Yəni, Azərbaycan özünümüdafiə məqsədilə əks-hücum əməliyyatı keçirib.

Qanuni hakimiyyət. M.Voltserin bu meyarına görə müharibəni ancaq qanuni hakimiyyət sanksiyalaşdıra bilər. Azərbaycan faktiki olaraq Ermənistanla müharibə aparsa da, qarşı tərəfin rəsmi versiyasına əsasən, müharibə “Dağlıq Qarabağ respublikası” adlandırılan qondarma separatçı qurum ilə Azərbaycan arasında baş verib. Ermənistan isə bu müharibədə qondarma qurumun təhlükəsizliyinin zamini qismində dolayısı yolla iştirak edib. Separatçı rejimin müstəqilliyinin Ermənistan da daxil olmaqla, heç bir dövlət tərəfindən tanınmaması həmin rejimi legitimlik və leqallıqdan məhrum edərək onun və Ermənistanın qatıldığı müharibəni ədalətsiz edir. Bunun tam əksinə olaraq, Azərbaycanın müharibədə iştirakını Ali Baş Komandan, Prezident sanksiyalaşdırıb. Müharibənin başlanmasını yalnız qanuni hakimiyyət sanksiyalaşdıra bilərsə, məntiqi olaraq ədalətli müharibə nəzəriyyəsinə əsasən onun yekunlaşmasını da müstəsna olaraq tərəflərin ali baş komandanları sanksiyalaşdırmalıdırlar. Bu məqama müharibə zamanı verdiyi müsahibələrdə dövlətimizin başçısı bir neçə dəfə diqqət çəkib: “...əgər Paşinyan şəxsən özü, xarici işlər naziri deyil, şəxsən özü desə ki, Ermənistan Ağdamdan, Kəlbəcərdən, Laçından, boşaltmalı olduqları 3 qalan rayondan qoşunlarını çıxarır və bizə vaxt cədvəli versə, biz dərhal dayanarıq. ... Əgər biz görsək ki, erməni tərəfi deyir: bəli, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, ikincisi, biz baza prinsiplərinə sadiqik, üçüncüsü, biz işğal edilmiş ərazilərdən öz qoşunlarımızı çıxarmağa razıyıq. ...indiki halda birinci dərəcəli məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Bizim tərəfdən bu iradə var. Mən bu gün öz mövqeyimizi bir daha təsdiq edirəm”.

Xoş niyyətlər. Növbəti prinsip müharibənin müəyyən edilmiş ədalətli məqsədə uyğun olaraq həyata keçirilməsini və “xoş və düzgün niyyətləri” ifadə etməsini tələb edir. Ədalətli müharibə əvvəlki vəziyyətin bərpa edilməsi ilə yekunlaşmalıdır. M.Voltserə görə buna bariz nümunə müharibənin işğalçının məğlub olması, hücumun dəf edilməsi, əvvəlki sərhədlərin bərpa edilməsi və qurbana layiq olan təzminatın ödənilməsi ilə yekunlaşmasıdır. Azərbaycanın xoş və düzgün niyyətlərə malik olması bir neçə amillə şərtlənir. İlk növbədə, qeyd edək ki, 30 il ərzində bizə qarşı törədilən müharibə cinayətlərinə baxmayaraq, Azərbaycan daim Qarabağın erməni icması ilə vahid dövlət çərçivəsində, Ermənistanın özü ilə isə mehriban qonşu kimi dinc birgəyaşayışa nail olmağa çalışırdı. Buna Prezidentin müharibə zamanı verdiyi müsahibələrdə dəfələrlə şahid olmaq olar: “Bir Prezident kimi, mən bu gün deyirəm və dəfələrlə demişəm ki, biz yanaşı yaşamaq istəyirik. Biz ərazilərimizi işğal etmiş bu cinayətkar dəstələrdən torpaqları azad etdikdən sonra Dağlıq Qarabağdakı ermənilər qat-qat yaxşı yaşayacaqlar. ...Biz ermənilərə qarşı etnik təmizləmə aparmamışıq və bunu indi də etməyi planlaşdırmırıq. Çünki mən demişəm ki, biz birlikdə yaşamalıyıq. Bu, asan olmayacaq. Lakin biz öyrənməliyik. ...Biz Qarabağ regionunun... ...gələcəyini həm oraya qayıtmalı olan azərbaycanlıların, həm də hazırda orada yaşayan ermənilərin dinc yanaşı yaşayacaqları firavanlaşan, dinc bir ərazi kimi görürük. Beləliklə, biz orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün daha yaxşı həyat təmin edə bilərik. Mən əminəm ki, iki millət, iki xalq barışacaq”.

Müvafiqlik. Bu prinsipə əsasən, nəzərdə tutulan müharibə yükü müharibənin məqsədlərinə adekvat olmalıdır. Azərbaycan İkinci Qarabağ müharibəsində hər hansı siyasi ambisiyalar və ya həyati vacib olmayan maraqlar naminə iştirak etməyib. Azərbaycanın müharibədə iştirakının əsas məqsədləri Ermənistanı BMT Təhlükəsizlik Şurası qətnamələrini icra etməyə məcbur etmək, onun danışıqlar masasında səmimi olmasına nail olmaq, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü tanımasına, Qarabağda erməni və Azərbaycan icmalarının dinc birgə yaşayışına nail olmaq idi. Azərbaycan qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün adekvat vasitələr seçib. Müharibə faktiki olaraq Ermənistan ilə aparılsa da, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü pozmayıb, onun ərazisində hərbi və mülki obyektləri hədəfə almayıb.

Son vasitə. Ədalətli müharibə konsepsiyasının bu prinsipi müharibəyə bütün digər vasitələr tükəndiyi və yarasız olduğu zaman ən son vasitə kimi müraciət etməyi özündə ehtiva edir. Azərbaycan 30 il ərzində münaqişəni dinc yolla həll etmək üçün bütün mümkün vasitələrə əl atmışdı. Azərbaycan münaqişənin danışıqlar, vasitəçilik, arbitraj, Avropa İnsan Haqları Məhkəməsi, beynəlxalq təşkilatlar vasitəsilə həll etməyə çalışsa da, Ermənistanın qeyri-konstruktiv mövqeyi dinc vasitələri tükəndirdi. Azərbaycan Ermənistana Skandinaviyada Aland modeli, İtaliyada Cənubi Tirol nümunəsində yüksək muxtariyyət əsasında tənzimlənmə təklif etsə də, Ermənistan Azərbaycanın və vasitəçilərin bütün beynəlxalq hüquqa uyğun təkliflərini rədd edib. N.Paşinyanın Dağlıq Qarabağın danışıqlara bərabər tərəf kimi qatılması, onun müstəqilliyinin tanınması və Ermənistana birləşdirilmə vacibliyi kimi bəyanatları təkcə Azərbaycan üçün yox, həmsədrlər üçün də qəbuledilməz idi. Azərbaycan genişmiqyaslı müharibəni qabaqlamaq üçün Ermənistan üzərində böyük nüfuza və təsir vasitələrinə malik Rusiya, ABŞ və Fransaya müraciət edib, onlardan Ermənistana sülhə məcbur etmək üçün təzyiq göstərmələrini xahiş etsə də, həmsədr ölkələr Ermənistana heç bir təzyiq göstərməyiblər. Kompromisə gəlincə, Azərbaycan tərəfi qarşılıqlı sürətdə ərazi bütövlüyünün tanınmasını kompromis qismində təklif etsə də, N.Paşinyan bir neçə dəfə Dağlıq Qarabağda yaşayan ermənilər üçün öz müqəddəratını təyinetmə tələb edib, heç bir kompromisə getməyəcəyini elan etdi. Bütün bunlar Azərbaycanın son vasitə kimi güc metoduna müraciət etməsini qaçılmaz etdi.

Qələbə əldə etməyin real şansları. Bu prinsipə əsasən, hərbi əməliyyatlar qələbə qazanmağın real şansları olduğu zaman başlaya bilər, əks halda müharibə heyvani instinktlərin baş qaldırmasından artıq deyil. “Globalfirepower” portalının məlumatlarına əsasən, 2020-ci ildə Azərbaycanın hərbi büdcəsi Ermənistanın hərbi büdcəsindən təxminən iki dəfə, qızıl və valyuta ehtiyatları 3 dəfə çox idi. Xüsusilə qeyd edək ki, Azərbaycandan fərqli olaraq Ermənistanın qızıl və valyuta ehtiyatları bank rezervləri olub, azad sürətdə istifadə edilə bilməzdi. Azərbaycanın aktiv hərbi şəxsi heyəti 126 min ehtiyat qüvvələri isə 300 min nəfərə bərabər idi. Hər il Azərbaycanda 151 min 270 nəfər hərbi xidmət müddətinə uyğun yaş dövrünə çatır. 2020-ci ildə ölkə üzrə əlinə silah ala bilənlərin, işçi qüvvəsinin sayı da Ermənistandakından bir neçə dəfə çox idi. Başqa sözlə desək, Azərbaycan əks-hücum əməliyyatlarına başlayanda, Ermənistanı qısa zamanda məğlub edib, atəşkəs əldə biləcəyini dəqiq bilirdi.

Mütənasiblik. Azərbaycanın bu müharibədə iştirakı hücum yox, müdafiə məqsədilə edilən əks-hücum əməliyyatı ilə şərtlənib. Bundan başqa, müharibənin 44 gün ərzində davam etməsi və daha tez yekunlaşmamasının yeganə səbəbkarı Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünə dair beynəlxalq hüquq ilə diktə olunan tələbləri icra etməməsidir. Bunu dövlətimizin başçısının İkinci Qarabağ müharibəsinin Aprel döyüşləri ilə müqayisəsində xüsusilə müşahidə etmək olar: “Ermənistanın işğal olunmuş bəzi torpaqlarımızın işğaldan azad edilməsi zamanı başladığı təxribata qarşı 2016-cı ildə istifadə olunmuşdur. Lakin o toqquşma Ermənistan dayandığına görə bir neçə gün davam etdi. Onlar bu dəfə də dayansaydılar, biz də dayanardıq. Lakin onlar dayanmadılar. Onlar bizə böyük ziyan vurmaq istəyirdilər. Onlar təmas xəttindən çox uzaqda yerləşən şəhərlərə raket atmağa başladılar və bizim mülki şəxslər arasında çoxlu qurbanlarımız var - bu vaxtadək 69 nəfər. Odur ki, biz özümüzü, xalqımızı müdafiə etməli və cavab verməli idik. Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər”. Müharibə zamanı Azərbaycan yalnız mülki şəxslər və hərbçilərin həyatına təhlükə olan hədəfləri vururdu. Azərbaycanın bir neçə dəfə, xüsusilə iyul təxribatı zamanı döyüş əməliyyatlarını Ermənistan ərazisinə keçirmək imkanı olsa da, heç bir dövlətin ərazisinə iddialı olmadığına görə yalnız Qarabağ ərazisində aparılıb.

Fərqlənmə. Müharibədə ədalətli davranışın ikinci prinsipinə əsasən, mülki əhali toxunulmazlıq hüququna malik olmalı və döyüşçü ilə qeyri-döyüşçülər arasında fərqlənmə prinsipi gözlənilməlidir. Bu prinsipin hüquqi əsası, BMT Baş Assambleyasının 1968-ci il 19 dekabr tarixli 2244 (XXIII) saylı “Silahlı münaqişələr dövründə insan haqlarına hörmət” adlı qətnaməsindən qaynaqlanır.

M.Voltserin özü elektrik xətlərinin və su təchizatının hədəfə alınması səbəbindən ABŞ-ın 1991-ci ildə İraqı bombalamasını ədalətli müharibə standartlarına uyğun saymırdı. Eynilə, Ermənistanın Mingəçevir su anbarı istiqamətində raket atması, Gəncə, Tərtər və Bərdə kimi mülki şəhərləri dağıtması onların ədalətsiz müharibə apardığının göstəricisidir. Ermənistandan fərqli olaraq, Azərbaycan mülki obyektləri hədəfə almayıb. Qarabağ şəhərlərinə atılan artilleriya və raket zərbələri həmin məkanlarda hərbi obyektlərin olması ilə şərtləndirilirdi. Qeyd edək ki, Xankəndi və digər şəhərlərdə hərbi obyektləri hədəfə alan ordumuz bunu gerçəkləşdirmək və ətrafdakı mülki obyektlərə mümkün qədər zərər yetirməmək üçün dəqiq silahlara üstünlük verirdi. Azərbaycan Prezidenti bütün bunları İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi zamanı təsdiqləmişdi: “Biz qadağan olunmuş silahlardan istifadə etmirik. Bizim ərazi bütövlüyümüzü bərpa etmək üçün kifayət qədər sursatımız var. Bu, birincisi. İkincisi, biz mülki şəxslərə hücum etmirik. Oktyabrın 10-dan sonra Dağlıq Qarabağdakı şəhərlərə hücum etmirik. Ondan əvvəl, bəli, bunu qəbul edirik. Lakin bu, ona görə oldu ki, Ermənistan ordusunun hərbi hissələrinin və infrastrukturunun çoxu Dağlıq Qarabağın dırnaqarası “paytaxtı” olan Xankəndidə cəmləşmişdi”.

Yuxarıda gətirilən faktlar İkinci Qarabağ müharibəsinin ədalətli müharibə olması haqqında tezisi tamamilə isbatlayır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” – yeni nəşr

Yığmanın baş məşqçisi: Toplanışda keçirdiyimiz matçlar kifayət qədər faydalı oldu

DGK sədri Misir səfiri ilə görüşüb

Şirvan–Salyan Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı müraciətlərə bu nömrə cavab verəcək

Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib VİDEO

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə təlim keçirib VİDEO

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti çap olunub

Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb VİDEO

“AMEA-da elektron hərəkat və yeni çağırışlar” - seminar

Misirin aparıcı media nümayəndələri ilə görüş olub

“Ermənistanın dostları” şəbəkəsinin əsas məqsədi bölgədə Aİ-nin maraqlarını həyata keçirməkdən ibarətdir - RƏY