Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Siyasi ekspertlər: Sanksiyalarla İranın çökəcəyini gözləmək əbəsdir

Siyasi ekspertlər: Sanksiyalarla İranın çökəcəyini gözləmək əbəsdir

Tehran, 14 noyabr, AZƏRTAC

İran Türkiyədən sonra Yaxın Şərqin ən böyük iqtisadi və hərbi gücünə malik olan dövlətdir. Tarixə baxdıqda İranın onlarla böyük dövlət və imperatorluq yaratdığını görərik. İranlıların qurduğu Əhəmənilər imperiyası yüz illər ərzində Avropa dövlətlərini qorxu altında saxlayırdı.

Bu gün İran tarixən formalaşmış siyasətini davam etdirərək Yaxın Şərqdəki bir sıra dövlətləri yönəltmək imkanını əldə edib. Buna görə də ABŞ İranın bölgədəki siyasətinin qarşısını almağa çalışır. Lakin İrana İraq və Suriya kimi müdaxilə etmək heç də asan məsələ deyil. Bunu başa düşən ABŞ hərbi müdaxilədən hələlik çəkinir və iqtisadi sanksiyalarla rəsmi Tehranı bölgə siyasətini dəyişməyə məcbur etmək istəyir. ABŞ strateqləri ümid edirlər ki, sanksiyaların nəticəsi olaraq İran əhalisinin sosial vəziyyəti kəskinləşəcək və daxili çaxnaşmalar başlayacaq. Bu qeyri-sabitlik İranı zəiflədəcək. ABŞ-ın buna nə dərəcədə nail olacağını zaman göstərəcək.

Müasir dünyada silah ixracının 32 faizi Yaxın Şərq ölkələrinin payına düşür. Silah-sursat istehsal edən dövlətlər Yaxın Şərqə silah ixracatından böyük pullar qazanırlar. Bu baxımdan bölgədə sabitliyin yaxın zamanlarda bərpa olmasını gözləməyə dəyməz. İnqilabdan sonra sanksiyalarla üzləşən İran iqtisadiyyatı çətinliklərlə üz-üzə qalmasına baxmayaraq, hərbi xərclərə ildə 7 milyard dollar vəsait ayırırdı. Sanksiyalardan əvvəl İranın hərbi büdcəsi 14 milyard dollara yaxın idi və dünya bazarına ixracı 600 milyard dollara çatmışdı. Barak Obamanın ABŞ Prezidenti olduğu dövrdə iqtisadi sanksiyaların tamamilə aradan qaldırılması üçün Rəsmi Tehran ilə Vaşinqton arasında danışıqlar başladı və 2015-ci ildə danışıqlar uğurla nəticələndi. Nüvə tədqiqatlarının dayandırması müqabilində İrana qarşı tətbiq olunan sanksiyalar aradan qaldırıldı və iqtisadiyyat növbəti inkişaf mərhələsinə qədəm qoydu. Ölkəyə investisiya axını başladı, Qərb ölkələrinin iş dünyası ilə milyardlarla dollar həcmində investisiya müqavilələri imzalandı. Vəziyyətin bu şəkildə inkişaf etməsi İranın Suriya, Livan və Yəməndə daha fəal siyasi xətt yürütməsinə stimul verdi. İranın getdikcə bölgə siyasətindəki fəallığını artırması ABŞ və İsraili daha da ciddi şəkildə narahat etməyə başladı. Belə olan halda İranın nüvə silahı yaratmaq istəyindən imtina etmədiyini bəhanə gətirən Prezident Donald Tramp Barak Obama dövründə əldə edilən razılaşmanı ABŞ-ın milli maraqlarına zidd hesab edərək yenidən və daha kəskin iqtisadi sanksiyalar tətbiq etdi. Cari il noyabrın 5-dən yeni sanksiyalar qüvvəyə mindi.

İran iqtisadiyyatının 80 faizi neftə və qaza bağlıdır. Gündəlik 3 milyon barrel neft hasil edən İranın neft ixracatını sıfıra endirməyə cəhd edən ABŞ dünya dövlətlərindən dəstək ala bilmədi. Çin, Hindistan, Rusiya və Avropa dövlətləri Trampın sanksiya siyasətinin əleyhinə çıxdılar. Buna baxmayaraq ABŞ İran ilə ticarət əlaqələrini kəsməyən dövlət və şirkətləri ciddi şəkildə hədələyir. Sanksiyalardan əvvəl İran iqtisadiyyatı ildə təxminən 7 faiz artırdı. Bu artımda neft və qaz ixracının payı 80 faizə yaxın idi. Ötən illərdən fərqli olaraq bu dəfə İranın iqtisadiyyatına daha ağır zərbələrin dəyəcəyi gözlənilir. Bu gün İranın milli valyutası dəyərdən düşüb, ölkə inflyasiya burulğanındadır. Rusiya, Çin və Avropa dövlətləri İranın yanında olduqlarını durmadan bəyan etsələr də, şirkətləri ABŞ-ın hədəsindən çəkinərək bir-birinin ardınca İrandan çıxmağa başlayıb. İran maliyyə böhranı ilə üzləşib, ölkədə işsizlik 12 faizə çatıb. Lakin İran ərəb dövlətlərindən fərqli olaraq özünü müdafiə etməyi bacaran hərbi potensiala və dünya bazarında rəqabətə davam gətirəcək istehsala malik olan bir dövlətdir. Bununla yanaşı, İranın əlində hələ də təsir imkanları var. Birincisi, İran dünya neft ticarətinin 20 faizdən çoxunun dövr etdiyi Hörmüz boğazını bağlamaqla ABŞ və ərəb dövlətlərini təhdid edir. Fars körfəzi ilə Hind okeanına çıxışı olan Əmman körfəzini birləşdirən Hörmüz boğazı bağlansa dünya bazarında neftin qiyməti həddən artıq yüksələcək. Çünki İran ilə yanaşı, digər körfəz dövlətləri də öz neftlərini məhz bu boğaz vasitəsilə dünya bazarına çıxarırlar. Neft idxal edən dövlətlər bundan çox ciddi ziyan görəcəklər.

İkincisi, İran uzaqmənzilli raketləri ilə ABŞ-ın bölgədəki müttəfiqlərini təhdid altında saxlamaq imkanına malikdir. Təsadüfi deyil ki, bu gün ABŞ İrandan raket proqramından da imtina etməsini tələb edir. İran isə raket proqramının müzakirə edilməsini belə istəmir və raket istehsalı sənayesini daha da inkişaf etdirəcəyini bildirir. Beləliklə, siyasi ekspertlərin fikrincə, İranın əlində təsir imkanlarının qalması onu deməyə əsas verir ki, sanksiyalarla İranın çökəcəyini gözləmək əbəsdir. Odur ki, dünya ABŞ-İran qarşıdurmasının növbəti və kəskin mərhələsindəki prosesləri hələ uzun müddət müşahidə edəcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Neftçalada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi anılıb

BDU Elmi şurasının növbəti iclası

Culfada Yaycı soyqırımı qurbanlarının xatirəsi anılıb

Sofiya Universitetində “Yaz paralelləri: Azərbaycan-Bolqarıstan” sərgisi təşkil olunub

Baş katib: MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası Bakıda toplaşacaq

Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq

Pakistan Azərbaycanla İKT sahəsində gənclərin mübadiləsi proqramına başlamaq niyyətindədir

31 Mart – azərbaycanlıların soyqırımı tarixin hələ tam açılmamış səhifələrindəndir

Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Harvard Universitetinin təqaüdçüsü: Məqsədim Azərbaycanda astrofizika sahəsini daha çox inkişaf etdirməkdir - EKSKLÜZİV

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib

BDU-nun 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib

Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib

Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq

® “Azercell” gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü VİDEO

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər