CƏMİYYƏT
Siyasi partiya ofis sahəsi ilə təmin olunub
Bakı, 19 may, AZƏRTAC
Azərbaycanda aparılan islahatlar nəticəsində partiyalarla sağlam dialoq mühiti daha da təkmilləşdirilir, siyasi plüralizm ənənələri inkişaf edir.
Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, iş prosesinin daha əlverişli şəraitdə yerinə yetirilməsi, fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə hazırda siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təmin olunması prosesi aparılır.
Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu prosesin davamı olaraq, Xidmət tərəfindən Azərbaycan Yüksəliş Partiyasına ofis sahəsi verilib. Partiya nümayəndələri fəaliyyət göstərəcəkləri ofislə tanış olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:59]
Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib
- 23.04.2024 [17:43]
® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir
- 23.04.2024 [17:19]
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
- 23.04.2024 [17:09]