CƏBHƏ XƏBƏRLƏRİ


Siyavuş Kərimi: Füzulini aldıq, Nizamiyə qəsd oldu, Üzeyirin yurduna getməliyik VİDEO

Gəncə, 18 oktyabr, M.Əlioğlu, foto İ.Cəfərov, AZƏRTAC

İşğalçı Ermənistan ordusunun Azərbaycanın ikinci böyük şəhəri Gəncədə mülki əhaliyə qarşı törətdiyi terror aktı dəhşətli cinayətdir.

Bunu Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi AZƏRTAC-ın Gəncəyə ezam olunmuş müxbirinə müsahibəsində deyib.

S.Kərimi bildirib: “Dinc insanları, o cümlədən körpələri vəhşicəsinə qətlə yetirmək insanlıqdan kənar hərəkətdir. Bu dəhşəti ifadə etmək üçün söz tapa bilmirəm. Allah şəhidlərimizə rəhmət eləsin”.

Azərbaycan Ordusunun işğal altındakı yaşayış məntəqələrimizi düşmən tapdağından azad etməsindən qürur duyduğunu vurğulayan S.Kərimi deyib: “Füzulini aldıq, Nizamiyə belə bir qəsd oldu, Üzeyirin yurduna getməli, onun Şuşasını azad etməliyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.