SİYASƏT


Siyavuş Novruzov: Ermənistanda həyata keçirilən siyasət tam iflasa uğrayıb

Bakı, 24 may, Ayla Sadıq, AZƏRTAC

Azərbaycan bu gün regionda, dünyada müstəqil siyasət aparan ölkədir. Belə ölkələrin sayı azdır. Ermənistan özünü müstəqil dövlət elan etsə də, bu, belə deyil.

AZƏRTAC xəbər verir ki, bu fikirləri mayın 24-də jurnalistlərə müsahibəsində Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov bildirib ki, Ermənistan nə xarici, nə daxili, nə də iqtisadi-sosial siyasətində müstəqil addım ata bilmir. Aparılan araşdırmalar göstərir ki, hər il 100 mindən çox insan Ermənistanı tərk edir. Ölkəni tərk edənlərin böyük hissəsi gənclərdir.

“Doğrudan da Ermənistandakı sosial vəziyyət acınacaqlıdır. Ermənistan ordusunda, siyasi rəhbərliyində qarşıdurmalar var. Bu qarşıdurmalar daha da dərinləşir. Bu baxımdan Ermənistanda seçki qabağı verilən vədlərin heç bir faizi də yerinə yetirilməyib və bundan sonra da yetirilməyəcək. Çünki orada peşəkar siyasətçilər və işi bilənlər yoxdur. Populizmlə heç bir məsələni həll etmək olmaz. Ortada real iş olmalıdır. Real iş isə yoxdur”,- deyə Siyavuş Novruzov vurğulayıb.

Ermənistanın xarici siyasətinin də bərbad vəziyyətdə olduğunu söyləyən Siyavuş Novruzov qeyd edib ki, N.Paşinyan hər ölkədə fərqli fikirlər səsləndirir. Ona görə də Ermənistanın xarici siyasəti uğursuzluğa düçar olub. Ordudan yayınmalar həddindən artıq çoxdur. Valideynlər öz uşaqlarını Azərbaycan ərazisində xidmət etməyə göndərmirlər. Sual qoyurlar ki, Dağlıq Qarabağ və ətraf ərazilərdə uşaqlarımızın nə işi var? Odur ki, Ermənistanda həyata keçirilən siyasət tam iflasa uğrayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.