SİYASƏT


Siyavuş Novruzov: Zəfər tariximizin növbəti möhtəşəm hadisəsinə şahidlik edirik

Bakı, 14 may, AZƏRTAC

Zəfər tariximizin növbəti möhtəşəm hadisəsinə şahidlik edirik – Qələbəmizin yeni parlaq səhifəsi yazılır. Azərbaycanın mədəniyyət paytaxtı, əzəli və əbədi yurdumuz olan Şuşa növbəti dəfə “Xarıbülbül” festivalına ev sahibliyi edib. “Şuşa İli”ndə keçirilən bu mötəbər tədbir dünyanın diqqət mərkəzində olmaqla yanaşı, Azərbaycan xalqının milli birliyini, dövlətimizin isə qüdrətini əks etdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

“Doğma Şuşa rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildikdən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışında qeyd etmişdi ki, Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək və özünün əvvəlki şöhrətini qaytaracaqdır. Sözü imzası qədər keçərli və dəyərli olan Prezident İlham Əliyevin dediyi kimi oldu: qısa müddətdə Şuşanın Baş planının hazırlanması, Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəyovun heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası Şuşanın əzəmətinin - əvvəlki və daha möhtəşəm görkəminin qaytarılması baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə S.Novruzov vurğulayıb.

Komitə sədri qeyd edib ki, “Xarıbülbül” festivalının bərpası da tarixi, mənəvi-siyasi əhəmiyyətə malik olan hadisədir. Dövlətimizin başçısı ötən il qeyd etmişdi ki, “Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək”. V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçirilməsi qətiyyətli və qüdrətli Liderimizin – Prezident İlham Əliyevin həmin fikirlərinin əyani təsdiqidir. Bütün dünya xalqımızın həmrəyliyinə, unikal və zəngin mədəniyyətinə, çoxəsrlik tarixində heç vaxt indiki qədər güclü olmayan Azərbaycanın qüdrətinə, Müzəffər Ali Baş Komandanımızın isə iradəsinə və əzminə bir daha şahidlik edir: “Qarabağ Azərbaycandır!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.