CƏMİYYƏT
Siyəzən rayonu ərazisində baş vermiş yanğının yayılmasının qarşısı alınmışdır[YENİLƏNİB] VİDEO
Bakı, 7 iyul (AZƏRTAC). Bakı-Quba yolunun 90-cı kilometrliyində, Siyəzən rayonunun ərazisindəki “Siyəzən Broyler” Açıq Səhmdar Cəmiyyətinə məxsus, ümumi sahəsi 8960 kvadratmetr olan sökülmüş sexlərin içərisində məişət tullantıları, ərazidə 3 hektar yabanı otlaq sahəsi və Kiçik Həmyə kənd bələdiyyəsinə məxsus 150 hektar sahədə kol-kos və meşə zolağında olan 30 ədəd ağac yanmışdır.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əraziyə cəlb olunmuş yanğınsöndürənlər alovun qarşısını almış, yaxınlıqdakı cücə sexlərini, fermaları, yaşayış evlərini, meşə zolağının qalan hissəsini, üzüm bağlarını yanğından mühafizə etmişlər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.