REGİONLAR


Siyəzən rayonunda torpaq məcralı kanallar beton üzlüyə alınır VİDEO

Siyəzən, 31 avqust, AZƏRTAC

Torpaq mülkiyyətçilərini vaxtında suvarma suyu ilə təmin etmək məqsədi ilə Siyəzən Suvarma Sistemləri İdarəsinin əməkdaşları tərəfindən torpaq kanallar lil və kol-kosdan təmizlənir. Nəticədə kanalların ötürücülük qabiliyyəti artır və fermerlər lazımi vaxtda su ilə təmin edilir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, suvarma mövsümü dövründə hər hansı çətinliyin yaranmaması üçün mütəmadi olaraq idarə əməkdaşları tərəfindən hidrotexniki qurğularda və qapalı kanallarda cari təmir işləri görülür.

Siyəzən rayonunda 247 kilometr uzunluğunda suvarma kanalları mövcuddur. Hər il plana uyğun olaraq torpaq məcralı kanallar beton üzlüyə alınır. Ötən il 2100 metr uzunluğunda Zarat kanalının beton üzlüyə alınması nəticəsində 100 hektardan artıq sahənin suvarma suyu ilə təminatı yaxşılaşıb. Bu isə öz növbəsində rayonda kənd təsərrüfatı məhsullarının istehsalının artmasına böyük təsir göstərib.

Qeyd edək ki, Siyəzən rayonunda 12000 hektardan çox suvarılan ərazi mövcuddur. Rayonun əsas suvarma mənbəyi Samur-Abşeron kanalı, Taxtakörpü-Ceyranbatan kanalı, Gil-gilçay və Ataçay çaylarıdır. Sahələri suvarma suyu ilə vaxtında və itkisiz təmin etmək məqsədilə son dövrlər rayonda 1685 ədəd hidrotexniki qurğu, 198286 metr uzunluğunda qapalı supaylayıcı şəbəkə, üzərində 118 ədəd hidrotexniki qurğu olan 24103 metr uzunluğunda beton üzlüklü açıq suvarma kanalı və 2300 hektar ərazini əhatə edən 26 kilometr açıq, 121 kilometr isə qapalı drenaj şəbəkəsi çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.