CƏMİYYƏT
Siyəzən rayonunda yerləşən şirkətdə aşkar edilmiş mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıb
Bakı, 13 oktyabr, AZƏRTAC
Siyəzən rayonu ərazisində yerləşən “Caspian Coast Winery and Vineyards” MMC-nin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna müraciət daxil olub.
Siyəzən Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla həmin şirkətin bölgələr üzrə satış nümayəndəsi vəzifəsində işləyən Vüqar Səmədzadənin işlədiyi müddətdə müəssisənin büdcəsindən ümumilikdə 14 min 89 manat məbləğində pul vəsaitini müxtəlif qanunsuz üsullarla mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]