CƏMİYYƏT


Siyəzən rayonunun Zarat kəndində baş verən yanğın söndürülüb

Bakı, 15 sentyabr, AZƏRTAC

Siyəzən rayonunun Zarat kəndində bələdiyyəyə məxsus ərazidə 100 hektar sahədə kol-kos yanıb.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və yerli sakinlər cəlb olunub. Yaxınlıqdakı meşə zolağı və tikililər yanğından mühafizə edilib.

Yanğın söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.