REGİONLAR


Siyəzən rayonunun kəndlərinin “mavi yanacaq”la təmin olunması üçün işlərə başlanılıb VİDEO

Xaçmaz, 6 iyul, Elxan Yusifli, AZƏRTAC

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Siyəzən rayonunun kəndlərinin “mavi yanacaq”la təmin olunması üçün işlərə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dağlıq ərazidə yerləşən Qozağacı kəndinin qazlaşdırılması işlərinə iyul ayından start verilib. Kəndin qazla təmin olunması üçün 16 min metrə yaxın müxtəlif diametrli polad və polietilen borulardan istifadə ediləcək. Kənddə hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılacaq. İşlər yekunlaşdıqdan sonra yaşayış məntəqəsində 62 abonent “mavi yanacaq”la təmin ediləcək.

Rayon mərkəzindən 14 kilometr məsafədə yerləşən kəndə qaz çəkilişi iyul ayının sonuna kimi yekunlaşdırılacaq.

Qozağacıda işlər yekunlaşdıqdan sonra Qalaaltı, Məşrif, Daşlı Çalğan, Orta Çalğan və Qərəh kəndlərinə də qaz xəttinin çəkilişi nəzərdə tutulub.

Azərbaycan Prezidentinin "Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında" Sərəncamına uyğun olaraq 2018-ci ildə Qubanın Ərməki, Güney məhəllə, Qusarın Piral, Cibir, Xaçmazın Krasnıy Xutor, Məcidoba, Şabranın Sumağa qazmalar, Qorğan, Siyəzən rayonunun isə Qalaaltı və Qozağacı kəndlərində qazlaşdırma işləri yekunlaşacaq.

İlkin mərhələdə 10 kənddən yeddisində tikinti-quraşdırma prosesinə start verilib. Hazırda Qusarın Piral, Cibir, Xaçmazın Krasnıy Xutor, Qubanın Ərməki, Güney məhəllə, Şabranın Qorğan, Siyəzənin isə Qozağacı kəndlərində işlər davam edir. Bu kəndlərdə, ümumilikdə, 1597 abonent var.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.