Siyəzən sakinlərinin qaz təchizatı ilə bağlı müraciətləri dinlənilib
AzerTAg.az
Bakı, 28 iyul, AZƏRTAC
“Azəriqaz” İB-nin baş direktorunun təşəbbüsü ilə həyata keçirilən “Açıq mikrofon” aksiyası Siyəzən rayonunda qurulub.
İB-dən AZƏRTAC-a bildirilib ki, sakinlər onları maraqlandıran suallara elə yerindəcə cavab tapdıqları üçün keçirilən aksiyadan məmnunluqlarını bildiriblər.
Görüşdə qaz sayğacının quraşdırılması, fərdi yaşayış evinin qazlaşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi və sair kimi müraciətlər ünvanlanıb.
Sakinlərin səsləndirdikləri hər bir müraciət aksiyada iştirak edən Birlik nümayəndələri tərəfindən qeydə alınıb.
Bildirək ki, bütün müraciətlər “Azəriqaz” İB-nin rəhbərliyinin tapşırığına uyğun olaraq araşdırılacaq və həlli istiqamətində müvafiq qərarlar veriləcək.




Xəbərin mətnində orfoqrafik səhv var