REGİONLAR


Siyəzəndə 7 min hektar sahədə payızlıq taxıl səpini aparılacaq

Siyəzən, 1 noyabr, Elxan Yusifli, AZƏRTAC

Siyəzən rayonunda bu il 7 min hektar sahədə payızlıq taxıl səpini aparılacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq 2 min 620 hektar sahədə səpin işi başa çatdırılıb.

Siyəzənli təsərrüfatçılar əsasən "Əzəmətli-95", “Qobustan”, “Bezos” kimi buğda sortlarına üstünlük verirlər. Bu növlər rayonun iqlim şəraitinə uyğundur və məhsuldarlığı ilə fərqlənir. Ötən mövsüm bu sortların becərildiyi dəmyə əkin sahələrinin hər hektarından 30 sentnerə yaxın məhsul əldə olunub.

Siyəzəndə payızlıq səpinin vaxtında başa çatdırılması üçün müvafiq tədbirlər görülür. Taxılçılar bütün qüvvələrini kampaniyanın müvəffəqiyyətlə başa çatmasına səfərbər ediblər.

Rayonda ötən il 3 min 360 min hektar buğda, 2 min 796 hektar arpa becərilib. Ötən mövsüm Siyəzən rayonu üzrə 22 min tondan çox taxıl istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.