REGİONLAR
Siyəzəndə “Baba” ləqəbi ilə tanınan narkotacir saxlanılıb VİDEO
Siyəzən, 22 aprel, Elxan Yusifli, AZƏRTAC
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik maddələr satmaq məqsədilə karantin qaydalarını pozaraq rayon ərazisində hərəkət edən şəxsi saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonda “Baba” ləqəbi ilə tanınan əvvəllər məhkum olunmuş Musa Paşayev idarə etdiyi “Lada” markalı nəqliyyat vasitəsi ilə saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərində keçirilən axtarış zamanı satış üçün hazırlanan 15 bükümdə olan narkotik maddələr - heroin, metamfetamin və qurudulmuş marixuana, həmçinin 2 ədəd bıçaq və nəqliyyat vasitəsindəki bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
M.Paşayev dindirilmə zamanı narkotik maddələrin ona məxsus olduğunu və rayon ərazisində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]