REGİONLAR


Siyəzəndə çox kitab oxuyanlar mükafatlandırılıb

Siyəzən, 15 may, Elxan Yusifli, AZƏRTAC

Mayın 15-də Siyəzəndə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar təşkil olunan “Oxu bayramı”nda rayondakı kitabxanaların daha çox kitab oxuyan üzvləri mükafatlandırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqə çərçivəsində 5 fəal oxucu pul mükafatı qazanıb. Bundan əlavə, 4 nəfərə həvəsləndirici mükafat və hədiyyələr təqdim olunub. Oxucu tərəfindən oxunmuş kitabların sayı və iştirakçıların mütaliə etdiyi nəşrlər barədə informasiyalıq səviyyəsi müsabiqənin əsas qiymətləndirmə meyarı sayılıb.

Mərkəzi Kitabxananın qarşısında keçirilən mərasimdə 3 mindən çox kitab nümayiş etdirilib.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev bildirib ki, müsabiqənin keçirilməsinin məqsədi texnologiyaların və informasiyanın geniş yayıldığı müasir dövrdə mütaliəyə marağı artırmaq, insanları maarifləndirməkdir.

Tədbirdə məktəblilərin ifasında kitablara həsr olunmuş bədii kompozisiya təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.