Siyəzəndə futbol üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib
AzerTAg.az
Siyəzən, 10 may, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş 2005-2006-cı il təvəllüdlü yeniyetmələr arasında futbol üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 27-dən mayın 10-dək davam edən birincilikdə rayon ümumtəhsil məktəblərinin 13 komandası mübarizə aparıb.
Siyəzən Rayon Gənclər və İdman İdarəsinin Rayon Təhsil Şöbəsi ilə birgə keçirdiyi yarışın əsas məqsədi ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək və yeniyetmələrin futbola olan maraqlarının artırılmasından ibarət olub.
Mayın 10-da keçirilən final oyununda Siyəzən şəhər 2 nömrəli tam orta məktəbin və şəhər 6 nömrəli məktəb-liseyin komandaları qarşılaşıblar. 6 nömrəli məktəb-liseyin komandası qalib gələrək birinci yerə layiq görülüb.
Mükafatçılar Gənclər və İdman İdarəsi tərəfindən kubok və fəxri fərmanlarla təltif olunublar.







Xəbərin mətnində orfoqrafik səhv var