REGİONLAR


Siyəzəndə gənclər natiqlik təlimlərinə cəlb olunublar

Siyəzən, 27 iyul, Elxan Yusifli, AZƏRTAC

Siyəzənli gənclər “Natiqlik marafonu” təlimlərinə cəlb olunublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Siyəzən nümayəndəliyi tərəfindən təşkil olunan marafonun ilk görüşündə gənclər diafraqma nəfəs texnikası, həmçinin bir sıra orfoepik qaydalarla tanış olublar.

Təlimlərin keçirilməsində məqsəd gənclərin natiqlik bacarıqlarının inkişaf etdirilməsi, kütlə qarşısında özlərini rahat ifadə etmələrinin təmin olunmasıdır.

Marafon ümumilikdə 10 görüşdən ibarət olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.