REGİONLAR


Siyəzəndə kəndlərdə yaşayan gənclərə dərs və test vəsaitləri paylanılıb

Siyəzən, 25 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Siyəzənli gənclərin həyata keçirdiyi nəcib aksiya sayəsində 100-dən çox dərs və test vəsaitləri toplanaraq kəndlərdə yaşayan yeniyetmə və gənclərə paylanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Siyəzən nümayəndəliyinin və Siyəzən Rayon Təhsil Şöbəsinin birgə əməkdaşlığı ilə reallaşan “1 kitab-1 gələcək” layihəsinin ünvanı Yenikənd və Gilgilçay kəndləri olub.

GİKM-in Siyəzən nümayəndəliyinin “Sosial fəaliyyətlər klubu”nun təşəbbüsü ilə başlanan aksiyanın əsas məqsədi kəndlərdə yaşayan və inkişafı üçün çalışan, lakin kitab, dərslik, test vəsaitləri almağa çətinlik çəkən gənclərə dəstək olmaqdır.

Aksiyadan yararlanan gənclər təşkilatçılara təşəkkür ediblər. Layihənin rayonun digər kəndlərində də təşkil olunması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.