CƏMİYYƏT
Siyəzəndə kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkarlanaraq götürülüb
Bakı, 19 iyun, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində tədbirləri uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları Bərgüşad kəndində yabanı halda bitmiş 1,1 tondan çox çəkisi olan 1333 çətənə kolunu aşkarlayaraq məhv ediblər.
Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Yenikənd kənd sakini C.Məmmədovun həyətində kultivasiya yolu ilə yetişdirilmiş 35 çətənə kolu aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.