REGİONLAR
Siyəzəndə məktəblilər arasında ən güclü şahmatçılar müəyyənləşib
Siyəzən, 7 noyabr, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə məktəblilər arasında 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunan şahmat üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, yeniyetmə oğlanlar və qızlar arasında şahmat üzrə rayon birinciliyi Siyəzən rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib. Gənclər Mərkəzində təşkil olunan yarışda şəhər tam orta məktəblərində təhsil alan 40 yeniyetmə iştirak edib.
Yarışın yekun nəticəsinə əsasən qızlar arasında şəhər 2 saylı tam orta məktəbin şagirdi Rəfiqə Əlifova, oğlanlar arasında isə şəhər 6 saylı məktəb-liseyin şagirdi Rüstəm Əhmədov birinci yeri tutaraq, şahmat üzrə rayon birinciliyinin qalibi olublar. Qızlar arasında Gülşən Tağıyeva, Asiman Şahkərimli, oğlanlar arasında isə Kamran Əsədov və Tehran Əkbərli müvafiq olaraq II və III yerləri bölüşüblər.
Yarışda qalib gələn yeniyetmələr fəxri fərmanlarla təltif olunublar.