CƏMİYYƏT


Siyəzəndə multikulturalizm ənənələrinin əhəmiyyətinə həsr olunmuş tədbir keçirilib

Bakı, 27 iyul, AZƏRTAC

İyulun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Siyəzən Rayon İcra Hakimiyyəti (RİH) və Siyəzən “Cümə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə multikulturalizm ənənələrinin əhəmiyyətinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Siyəzən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov, Qafqaz Müsəlmanları İdarəsinin Şabran və Siyəzən rayonları üzrə qazısı Cavanşir Əfəndiyev, Siyəzən şəhəri “Cümə” məscidi dini icmasının sədri Qənimət Pirəliyev, rayonda fəaliyyət göstərən din xadimləri, dini icma üzvləri və ağsaqqallar iştirak ediblər.

Çıxışlarda bildirilib ki, multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Əsrlərdir xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək bu prosesə mühüm töhfələr verib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.