REGİONLAR
Siyəzəndə narkotik tərkibli bitkilər əkən şəxs saxlanılıb
Siyəzən, 10 may, Elxan Yusifli, AZƏRTAC
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Zarat kənd sakini Ramil İlyasovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə onun yaşadığı evin yaxınlığında yerləşən və nəzarət etməsi üçün ona tapşırılan bağ sahəsinə keçirilən baxış zamanı R.İlyasov tərəfindən xüsusi aqrotexniki qayda ilə qulluq edilərək becərilən 120 ədəd çətənə kolunun şitilləri aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı R.İlyasov narkotik tərkibli bitkiləri becərdiyini etiraf edib.
Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]
Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib
- 19.04.2024 [15:06]