REGİONLAR


Siyəzəndə narkotik vasitələri satan dəstə üzvləri saxlanılıb

Siyəzən, 9 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin istifadəsində və satışında şübhəli bilinən dəstə üzvlərini saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, saxlanılanlar rayon sakinləri Mərifət Quliyev, Azər Adgözəlov və Rövşən Musayevdir. Həmin şəxslərin üzərinə və toplaşdıqları M.Quliyevə məxsus evə baxış zamanı “patı”, “şüşə” adlanan psixotrop maddə metamfetamin və heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.