REGİONLAR
Siyəzəndə şahmat üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb
Siyəzən, 16 iyul, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə yeniyetmə və gənclər arasında şahmat üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən Gənclər Mərkəzində iki gün ərzində davam edən turnir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 27-ci ildönümünə həsr olunub.
“Könüllülər kuboku”nun zona mərhələsində rayonu təmsil edəcək oyunçuların müəyyən edilməsi, perpektivli şahmatçıların aşkara çıxarılması, həmçinin yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi ilə keçirilən turnirdə 30-a yaxın şahmatçı iştirak edib.
Yarışın nəticəsinə əsasən oğlanlar arasında Qəzənfər Mursaquliyev I, Əli Qurbanlı II, Elman Kərimli III yeri qazanıb. Qızlar arasında isə Nuray Ağayeva , Şəms Kərimli və Humay Ağayeva isə müvafiq olaraq ilk üç yeri tutublar.
Yarışın qalibləri Siyəzən Rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla təltif ediliblər.