REGİONLAR
Siyəzəndə silsilə oğurluq edən dəstənin üzvləri saxlanılıb VİDEO
Siyəzən, 5 may, Elxan Yusifli, AZƏRTAC
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qara Siyəzən və Beşdam kəndləri ərazisində yerləşən beş quşçuluq sexindən isitmə sobaları, elektrik naqilləri, lampalar və digər avadanlıqları oğurlamaqda şübhəli bilinən üç şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla onların Siyəzən rayonu Beşdam kənd sakinləri Vüsal Hüseynov, Ziya Məhərrəmzadə və Samir İlyasov olduqları müəyyən edilib.
Dindirilmə zamanı hər üç şəxs törətdikləri silsilə oğurluq hadisələrini etiraf ediblər.
Faktlarla bağlı V.Hüseynov, Z.Məhərrəmzadə və S.İlyasov barəsində Siyəzən RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb. Dəstə üzvlərinin başqa oğurluq hadisələrində iştiraklarının olub-olmaması araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]