REGİONLAR


Siyəzənli fermerlərə səyyar satışda güzəştli şərtlərlə 20 tondan çox mineral gübrə satılıb

Siyəzən, 16 mart, Elxan Yusifli, AZƏRTAC

Martın 16-da “Aqrolizinq” ASC tərəfindən Siyəzən rayonunda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qozağacı kəndində təşkil olunan səyyar satışda fermerlərə 20 tondan çox mineral gübrə satılıb.

Qozağacı kəndi ilə yanaşı, yaxın yaşayış məntəqələrinin təsərrüfatçıları da mineral gübrələri 70 faiz güzəştlə əldə ediblər.

“Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına fevral ayından başlanılıb.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Bu günə kimi Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayıllı, Astara, Biləsuvar, Saatlı, Kürdəmir və Xaçmaz rayonlarında səyyar satış həyata keçirilib.

Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı ölkənin bütün regionlarını əhatə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.