REGİONLAR
Siyəzənli gənclər “Şuşa İli”nə həsr olunan intellektual yarışda mübarizəyə qoşulub
Siyəzən, 22 yanvar, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə “Şuşa İli”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon çempionatının seçim turlarının qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Siyəzən nümayəndəliyinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən seçim turunda 6 komanda iştirak edib.
“Kəndin intellektual gəncləri” layihəsi çərçivəsində keçirilən yarış kənd gənclərinin dünyagörüşünün və intellektual səviyyəsinin yüksəldilməsi, intellektual oyunların kənd gəncləri arasında təbliği, həmçinin gənclər arasında əlaqələrin gücləndirilməsi məqsədi daşıyır.
İyirmi dörd sualdan ibarət oyunun son nəticəsinə əsasən “Murovdağ” komandası I yeri tutaraq, çempionatın mart ayında keçiriləcək final mərhələsində iştirak hüququ qazanıb.