REGİONLAR


Siyəzənli gənclər “Ulu Öndər və gəncliyimiz” mövzusunda dəyirmi masanın iştirakçısı olublar

Siyəzən, 10 may, Elxan Yusifli, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Siyəzən nümayəndəliyi tərəfindən “Ulu Öndər və gəncliyimiz” layihəsi çərçivəsində “Heydər Əliyev-99 il” intellektual yarışı keçirilib. Yarışda “Dəmir yumruq” komandası qalib gəlib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində gənclər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, sonra Siyəzən rayon Heydər Əliyev Mərkəzinə gəliblər. Mərkəzdə gənclər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar və kitablarla tanış olublar. Ekskursiyada ümumilikdə 150 gənc iştirak edib. Bununla yanaşı, Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatı ilə birgə “Ulu Öndər və gəncliyimiz” mövzusunda dəyirmi masa da təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.