REGİONLAR
Siyəzənli mühəndisin bacarığı görənlərin marağına səbəb olur VİDEO
Siyəzən, 27 fevral, Elxan Yusifli, AZƏRTAC
Siyəzən şəhər sakini Cavid Yəhyayev qeyri-adi məşğuliyyəti ilə tanınır. Onun istifadəyə yararsız şinlərdən hazırladığı heyvan, quş fiqurları, müxtəlif formalı dibçəklər baxanların zövqünü oxşayır.
AZƏRTAC xəbər verir ki, Cavid Yəhyayev 20 ildən artıqdır neftçıxarma sahəsində mühəndis işləyir. O, bu bacarığı ilə yararsız avtomobil şinlərinə “yeni həyat” bəxş edir, düzəltdiyi müxtəlif fiqurlar, dibçəklər isə görənlərin marağına səbəb olur. Onun fikrincə, az xərc tələb edən bu məhsullar uşaq bağçalarında, bağ evlərində uzun müddət istifadə oluna bilər.
İki ildir ki, bu işlə məşğul olan C.Yəhyayev yaxın gələcəkdə yararsız şinlərdən hazırladığı qeyri-adi məhsulların sərgisini təşkil etmək fikrindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [15:23]
Şəkidə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib
- 20.04.2024 [14:34]
Naxçıvanda 1969-1987-ci illərdə 21 iri sənaye müəssisəsi istifadəyə verilib
- 20.04.2024 [13:31]
Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub
- 20.04.2024 [11:59]
Sumqayıt Tibb Mərkəzi ən çox şəhid ailəsi üzvlərini işlə təmin edib
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]