REGİONLAR


Siyəzənli mühəndisin yararsız plastik borulardan hazırladığı qeyri-adi qurğu VİDEO

Siyəzən, 22 noyabr, Elxan Yusifli, AZƏRTAC

Qeyri-adi məşğuliyyəti ilə tanınan Siyəzən şəhər sakini Cavid Yəhyayev hazırladığı qurğu ilə yenidən diqqət çəkməyi bacarıb. Adətən yararsız avtomobil şinləri və istifadə olunmuş şirə qablarından fiqurlar və bəzək əşyaları hazırlayan C.Yəhyayev budəfəki əl işində yararsız plastik borulardan faydalanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onun düzəltdiyi kiçik su nasosunun köməyi ilə işləyən qurğuda suyun dövri hərəkəti qeyri-adi mənzərə yaradır. İyirmi ildən artıqdır neftçıxarma sahəsində mühəndis işləyən Cavid Yəhyayevin bu əl işi əsəblərin sakitləşməsi üçün nəzərdə tutulub.

Cavid Yəhyayev bu qurğunun hazırlanma qaydasını internetdən öyrənib. Amma onun gördüyü nümunə bambuk ağacından olub. Siyəzənli mühəndis isə yarasız plastik borulardan faydalanmaqla qurğunun bir başqa variantını düzəldib.

Onun yararsız avtomobil şinləri və istifadə olunmuş şirə qablarından düzəltdiyi fiqurların sayı 100-dən çoxdur.

Siyəzən sakininin əl işləri IV Beynəlxalq “Tullantıdan sənətə” sərgisində də nümayiş etdirilib. Yararsız avtomobil şinlərinə “yeni həyat” bəxş edən Cavid Yəhyayev daha çox heyvan, quş fiqurları və müxtəlif formalı dibçəklər hazırlayır.

O, yaxın gələcəkdə taxtadan küləklə hərəkət edə bilən fiqurlar düzəltmək istəyir.

Cavid Yəhyayev bildirir ki, belə əl işləri düzəltməkdə əsas məqsədi tullantıların sayını azaltmaq və onlardan istifadə etməyin mümkünlüyünü göstərməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.