CƏMİYYƏT


“Siyəzənneft” NQÇİ-nin ərazisindən oğurluq edən şəxs tutulub

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 20-dən 23-dək Siyəzən rayonunun Qarabulaq kəndində yerləşən “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinə məxsus ərazidən 21 min 474 manat dəyərində 2980 metr uzunluğunda dəmir boru və 5810 metr uzunluğunda naqil oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oğurluqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş H.Muradov Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.