İDMAN


“Skillinq Open” onlayn şahmat turnirində Teymur Rəcəbovun bütün rəqibləri müəyyənləşib

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycanın ən güclü şahmatçılarından olan Teymur Rəcəbovun “Skillinq Open” onlayn şahmat turnirində rəqibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə baş tutacaq turnirdə M.Karlsen də daxil olmaqla, Liren Dinq (Çin), David Anton (İspaniya), Sergey Karyakin, Yan Nepomnyaşi, Pyotr Svidler (hər üçü Rusiya), Le Quanq Liem (Vyetnam), Uesli So, Hikaru Nakamura (hər ikisi ABŞ), Aniş Giri (Niderland), Yan-Kşiştof Duda (Polşa), Maksim Vaşye-Laqrav (Fransa), Alireza Firuzca (FİDE), Vidit Quyrati (Hindistan), Levon Aronyan (Ermənistan) iştirak edəcəklər.

Turnir “Champions Chess Tour” seriyasına aiddir. Turnirin mükafat fondu 1,5 milyon dollar olacaq.

Yarış noyabrın 22-də start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.