İDMAN


“Skillinq Open” turniri: Teymur Rəcəbov yarımfinala doğru irəliləyir

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov “Skillinq Open” onlayn şahmat superturnirinin dörddəbir final mərhələsinə uğurla start verib.

AZƏRTAC xəbər verir ki, noyabrın 26-da Bakı vaxtı ilə saat 22:30-da başlayacaq amerikalı Uesli So ilə cavab matçında T.Rəcəbov məğlub olmayacağı təqdirdə birbaşa yarımfinala yüksələcək.

Qeyd edək ki, şahmatçımız ilk görüşündə U.Soya 2,5:0,5 hesabla qalib gəlib.

Digər matçlarda Aniş Giri (Niderland) Maqnus Karlsen (Norveç), Hikaru Nakamura (ABŞ) Maksim Vaşe-Laqrav (Fransa), Yan Nepomnyaşi (Rusiya) Levon Aronyanla (Ermənistan) qarşılaşacaqlar.

Dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə baş tutan turnir “Champions Chess Tour” seriyasına aiddir. Turnirin mükafat fondu 1,5 milyon dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.