DÜNYA


“Şkoda” yeni “Kamiq” krossoverini təqdim edəcək

Bakı, 24 yanvar, AZƏRTAC

“Şkoda” avtomobil şirkəti yeni krossoverin – “Kamiq” kompakt modelinin hazırlandığını təsdiq edib.

AZƏRTAC “Kommersant” qəzetinə istinadla xəbər verir ki, çex şirkətinin 2019-cu ilin martında Cenevrə avtosalonunda təqdim edəcəyi yeni modelin adı Kanadanın şimalında və Qrenlandiyada yaşayan inuit xalqının dilindəki sözdən götürülüb. Bu sözün mənası isə insanın özünə məxsus olan və çox yaxın hiss etdiyi əşya deməkdir.

Yeni model MQB platformasında hazırlanıb və “Skoda Vision X” avtomobilinin konsepsiyası üslubunda olan dizayna malikdir. “Kamiq” Avropa avtomobil bazarında çex markasından olan ən uyğun qiymətə satılacaq krossover olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.