DÜNYA


Skott Morrison və Donald Tramp G20 sammiti çərçivəsində görüşəcəklər

Tokio, 30 noyabr, AZƏRTAC 

Avstraliyanın Baş naziri Skott Morrison və ABŞ Prezidenti Donald Tramp Argentinada keçiriləcək G20 sammiti çərçivəsində görüşəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri şəxsi “Twitter” səhifəsində məlumat yerləşdirib. “Bu gün axşama doğru Buenos-Ayresdə Prezident Donald Tramp ilə görüşü səbirsizliklə gözləyirəm. Biz hər ikimiz çox yaxşı bilirik ki, güclü iqtisadiyyat və milli təhlükəsizlik hər şeyin əsasında dayanır”, - deyə S.Morrison yazıb.

Xatırladaq ki, “Böyük iyirmiliyin” sammiti noyabrın 30-dan dekabrın 1-dək Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək.

Almaniya kansleri Angela Markelin sammit çərçivəsində D.Tramp və Çinin Sədri Si Cinpin ilə görüşləri təxirə salınıb. Bundan əlavə, D.Tramp da Rusiya Prezidenti V.Putin ilə görüşünü ləğv edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.