DÜNYA
Skripalları zəhərləməkdə təqsirləndirilənlər hadisədən sonra ilk dəfə danışıblar
London, 15 sentyabr, AZƏRTAC
Sabiq rus kəşfiyyatçısı Sergey Skripalı və onun qızını zəhərləməkdə təqsirləndirilən Rusiya vətəndaşları hadisədən sonra ilk dəfə danışıblar.
Ruslan Boşirov və Aleksandr Petrov “RT” xəbər agentliyinə eksklüziv müsahibə veriblər. Hər iki şəxs bildirib ki, yayılan foto onlara aiddir, lakin bu məsələdə yanlışlıq var. Onlar İngiltərəyə turist kimi getdiklərini deyiblər.
Onların sözlərinə görə, martın 3-də gəzmək üçün Solsberiyə gediblər və cəmi yarım saat sonra geri qayıdıblar.
Hər iki şəxs Solsberiyə təsadüfən getdiklərini, Skripalların evini tanımadıqlarını da vurğulayıblar.
Boşirov və Petrov onu da qeyd ediblər ki, casusluqla heç bir əlaqələri yoxdur, onların işi fitneslə bağlıdır.
Britaniya Xarici İşlər Nazirliyi rus vətəndaşların müsahibəsini “yalan və çaşdırıcı” adlandırıb.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]