DÜNYA


Skripalların zəhərlənməsində təqsirli bilinən şəxsin əsl adı məlum olub

London, 10 oktyabr, AZƏRTAC

Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızının zəhərlənməsində şübhəli bilinən ikinci şəxsin əsl adının Aleksandr Mişkin olduğu iddia edilir. Bu barədə Böyük Britaniyanın “The Daily Telegraph” qəzeti məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, qəzet Rusiya hərbi kəşfiyyatının 39 yaşlı əməkdaşı Aleksandr Mişkinin Aleksandr Petrov adı altında fəaliyyət göstərdiyini iddia edir. Britaniyanın "Bellingcat" təşəbbüs qrupu Aleksandr Mişkini Baş Kəşfiyyat İdarəsində (Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsi) işləyən “təlim keçmiş hərbi həkim” hesab edir.

Xatırladaq ki, Sergey Skripal və qızının zəhərlənməsinə görə iki Rusiya vətəndaşı - Aleksandr Petrov və Ruslan Boşirov saxlanılmışdı.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.