İDMAN


Skvoş üzrə Bakı kuboku yarışlarına yekun vurulub

Bakı, 15 noyabr, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən skvoş üzrə paytaxt kuboku yarışları keçirilib.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, yarışda 25 idmançı birincilik uğrunda mübarizə aparıb.

Nəticələrə görə, Elmir Qəhrəmanov yarışın qalibi olub. Tomas Volker yarışı ikinci, Babək Mahmudov isə üçüncü pillədə başa vurub.

Mükafatçılara Baş İdarə tərəfindən kubok, diplom və medallar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.